images_bakiya tank

2013-cü ildə Rusiya Azərbaycana 10 tank, 25 döyüş helikopteri və 438 artilleriya sistemi satıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının adi silahlar registrinin məlumatlarında bildirilir.

Hesabata görə, Rusiya Azərbaycana çox sayda silah satmağa davam edib. Registrdəki məlumatlara görə, bütövlükdə Rusiya Azərbaycana 72 tank, 456 artilleriya sistemi, 37 hərbi helikopter, 34 zirehli transportyor, 1200 raket və raket qurğuları satıb.

Ermənistan isə keçən il Rusiyadan 35 tank, 110 zirehli transportyor, 200 raket və 50 buraxılış qurğusu alıb.

Bu ilin əvvəlində isə Rusiya Azərbaycana 100 ədəd T-90S tankı satıb.