ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu barədə özünün “Twitter” səhifəsində yazıb
“Xocalı faciəsinin ildönümü bir daha xatırladır ki, zorakılıq çıxış yolu deyil”.
ANS PRESS-in məlumatına görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu barədə özünün “Twitter” səhifəsində yazıb.
Həmsədr qeyd edib ki, bütün tərəflər münaqişənin sülh yolu ilə həll olunması üçün daha da fəal işləməlidir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib.
Soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb.
http://s019.radikal.ru/i644/1402/5f/134f30e8c296.jpg