Yazıçı-publisist Həmid Herisçi Ermənistanda olarkən çəkdirdiyi daha bir fotonu paylaşıb.Modern.az bildirir ki, fotoşəkildə Ermənistanın hazrıki prezidenti Serj Sərkisyan əks olunub.
“1998-ci ilin sentyabrında Köçəryanla görüşüm zamanı o məni xüsusi qonağı elan etdi. Sonra yadımdadı, zəng edib məni indiki prezident, o vaxtki daxili işlər naziri, həmyerlisi Serj Sərkisyana tapşırdı. Sərkisyanla çox danışdıq… Dedi ki, Bakıda, Ali Partiya Məktəbində təhsil alarkən Xəzər sahillərinə gecələr çox səfər edib. Qara kürü, ağ balıq kababı üçün indi də darıxdığını qeyd etdi. Hətta köksünü ötürdü də…. Dedi ki, Xəzərə yaxınlaşınca, həmişə əlini “Volqa”nın pəncərəsindən eşiyə çıxarırmış. Sərin dəniz havasını təkcə sinəsiylə deyil, ovcunun içiylə də duymaq üçün… Bəli, bu, Sərkisyanın unudulmaz xatirələrindənmiş sən demə…
Söhbətlərimiz indi kimi yadımdadı…”-deyə H. Herisçi bildirib.