Çoxlarımıza elə gəlir ki, limon yalnız çaylarımızı ətirli etmək üçündür. Belə düşünənlər limonun insan orqanizmi üçün nə qədər faydalı olduğunu bilsələr yəqin ki, qida rasionlarında bu əvəzsis sitrus meyvəsindən daha çox istifadə edəcəlkər. İlin bütün fəsillərində əldə edə biləcəyimiz limon sağlamlığımız üçün nələri vəd edir?
1. Yüksək qan təzyiqi olan insanlar üçün limondan daima iatifadə etmək mövcud problemin aradan qaldırılmasında ən effektli vasitədir.
2. Limon təbii antioksidantdır.
3. Tərkibindəki B vitaminin zənginliyi ilə limon sinir sistemimiz üçün vacib sayıla biləcək qida məhsuludur.
4. Ağız boşluğunda yarana biləcək xəstəliklərin profilaktikasında limon mühüm rol oynayır.
5. O cümlədən, müəyyən qidalardan sonra ağızdakı xoşagəlməz qoxuları aradan götürmək üçün limondan istifadə etmək ən yaxşı çıxış yollarından biri deməkdir.
6. Xüsusilə yay fəslində susuzluqdan yaxa qurtarmaq üçün limondan daha çox istifadə etmək məsləhətdir.
7. Limondan daha çox istifadə edən insanlar onkoloji xəstəliklərə qarşı profilaktik tədbir görmüş olurlar.
8. Limon stress və xroniki yorğunluq üçün də faydalıdır. Gərgin iş günündən sonra limon şirəsi ilə düzəldilmiş şərbətə bir çay qaşığı bal da əlavə edib qəbul etsəniz gümrah olacağınıza şübhə etməyin.
9. İştahası ilə bağlı problemi olan insanlar üçün limondan yaxşı vasitə ola bilməz.
10. Limondan çox istifadə edən insanların sidik yollarında poblem olmaz.
11. Limon dərini cavan və təravətli saxlayır.
12. Limondan qədərində istifadə etməklə siz həzm problemlərini də təbii yolla həll etmiş olursunuz.
Limonun insan orqanizmi üçün faydalarını saymaqla qurtarmaq olmaz. Ona görə də limondan daha çoz istifadə edin. Bu sizin sağlamlığınız üçündür. Baxmayaraq ki, limon turşdur, amma o sizə şirin həyat vəd edir.
İlham Cəmiloğlu