Şuşa rayonu Malıbəyli və Quşçular kəndlərinin işğalından 22 il ötür
Miladi: 11 fevral 2014
Hicri: 11 rəbiul axir 1435
İlin 42-ci günü
İlin sonuna 323 gün qalır
Bu günün namaz vaxtları
Fəcr – 06.28
Günəş – 07.39
Zöhr – 12.58
Əsr – 16.11
Məğrib – 18.24
İşa – 19.42
1725 — Rusiya Xarici İşlər Kollegiyası işğal olunmuş Xəzərətrafı ərazilərdə erməni əhalisinin yerləşdirilməsi barədə fərman verib. Bu, çar Rusiyasının ermənilər vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək siyasətinin ilk praktik addımı idi. Çar I Pyotr sələflərinə məhz bu siyasəti vəsiyyət etmişdi.
1829 — Rus səfiri, Aleksandr Qriboyedov, Tehranda qətlə yetirilib.
1847 — amerikalı elektrotexnik, ixtiraçı Tomas Alva Edison dünyaya gəlib.
1873 — İspaniyada Birinci Respublika bərqərar olub.
1914 — Xalq artisti Rəmziyyə Veysəlova dünyaya gəlib.
1920 — Bakı Fəhlə klubunun binasında qeyri-leqal şəkildə Azərbaycan kommunistlərinin birinci qurultayı başlayıb.
1920 — Fətəli xan Xoyski Rusiyanın xarici işlər naziri Çiçerinə ikinci cavab notasında Azərbaycanın müstəqilliyinin tanınması barədə məlumat verib.
1921 — Bakıda əməkçi qadınların I Qurultayı başa çatıb.
1935 — Zərbəçi kolxozçuların II Ümumittifaq qurultayı başlayıb.
1943 — Stalin sovet atom bombasının hazırlanması barədə göstəriş verib.
1945 — Stalin, Ruzvelt və Çörçillin iştirak etdiyi Yalta konfransı başa çatıb.
1948 — Sovet kinorejissoru Sergey Eyzenşteyn vəfat edib.
1953 — SSRİ İsrail ilə diplomatik əlaqələri kəsib.
1959 — Kiprin yunan və türk toplumları arasında Sürix sazişi imzalanıb.
1969 — amerikalı aktrisa Cennifer Eniston anadan olub.
1979 — İranın sonuncu baş naziri Şapur Bəxtiyar Fransaya qaçıb. İranda İslam İnqilabı tam qələbə çalıb.
1981 — Aktyor Möhsün Sənani vəfat edib.
1984 — Yevlax-Balakən dəmir yol xətti istifadəyə verilib.
1990 — Afrika Milli Konqresinin lideri Nelson Mandela 27 il sonra həbsdən azad edilib.
1992 — Azərbaycan Respublikası İspaniya ilə diplomatik əlaqələr qurmuşdur.
1992 — Erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal ediblər.
2000 — Azərbaycan Respublikası Surinam ilə diplomatik əlaqələr qurmuşdur.
2000 — Prezident Heydər Əliyev Baş Dövlət Vergi Müfəttişliyinin ləğv edilməsi, onun bazasında Vergilər Nazirliyinin yaradılması barədə fərman verib. 11 fevral vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
2004 — Prezident İlham Əliyev “Azərbayjan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” fərman imzalayıb. Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində respublikanın bölgələrinin iqtisadi mənzərəsi köklü şəkildə yaxşılaşmış, geniş aqrar-sənaye, sosial, energetika və kommunikasiya infrastrukturu yaranmış, 700 mindən çox yeni iş yerləri açılmışdır.
2005 — Astronomlar tarixdə ilk dəfə doğma Qalaktikadan ayrılaraq, qalaktikalararası fəzaya uçan ulduz aşkar ediblər.
2006 — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə Rambuye sarayında ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan Prezidenti Robert Koçaryanla görüşüb.
2009 — Hərbi hava qüvvələri və HHM qoşunları komandanı general Rail Rzayev qətlə yetirilib.