Türkiyəninin “Zaman Todays” qəzetində çalışan və sosoial şəbəkədə yazdıgı statusa görə bu ölkənin baş naziri tərəfindən deportasiya olunan azərbaycanlı jurnalist Mahir Zeynalovla bağlı məhkəməyə müraciət ediləcək. Artıq jurnalistin çalışdığı qəzet prosedurları həyata keçirmək üçün vəkil tutub. Bu barədə Modern.az-a məlumatı qəzetdə çalışan digər azərbaycanlı jurnalist Lamiyə Adilqızı verib. Qeyd edək ki, Lamiyə Adilqızı əvəvllər ans-in müxbiri olub. Biz həm Mahir Zeynalovdan sonra qəzedəki durumu, həm də azərbaycanlı həmkarımızın hazırki vəziyyəti ilə maraqlandıq.
– Mahir Zeynalovun deportasiyasından sonra sənin vəziyyətin necədi? Hər hansı bir təzyiqlə üzləşirsən?
– Düzü Mahirin deportasiyasından sonra narahatlıgım artıb. Xarici jurnalist kimi özüm narahatam. Pisxolojik olaraq elə bilirəm ki, mən də hər dəqiqə ölkədən çixarıla bilərəm.
– Üzərində nəzarət güclənibmi?
– İstər xarici, istər yerli jurnalistlərə həmişə nəzarət var. Sadəcə, Mahirin deportasiyasından sonra mənə diqqət artıb. Redaksiya narahatdı. Mahirdən sonra hər kəsin başı onun məsələsinə qarışıb. Mənə də tapşırdılar ki, ehtiyatlı olum. Xüsusilə Facebook və Twitter hesablarımda diqqətli olmağımı tapşırırlar ki, məndə də problem olmasın. Çünki Mahirin deportasiyasından sonra üzərimizdə diqqət artıb. Amma redaksiyada rəhbərlər mənə qarşı diqqətlidir və münasibət yaxşıdır.
– Mahirin deportasiyasına qəzetdə hansı reaksiya var? Biz redaksiyadakı ab-havanı bilmirik. Nə düşünürlər?
– Hamı çox narahatdı. Redaksiya vəkil tutub və Mahirin deportasiyası ilə bağlı məhkəməyə müraciət edəcək. Düzü Mahirin qəzetdə gedən yazısına görə problem olmayıb. Bu redaksiyada təəccüb və narahatlıq yaradıb. Hər kəs çox pis olub. İş yoldaşlarimız da çox duyğulandı. Düçüncə belədir ki, bu hadisə demokratik bir ölkədə söz və şəxsi fikir azadlığına müdaxilədir. Çünki sosial şəbəkələrdəki fikirlər bizim özəl düşüncələrimizdi. Bunun qəzetlə də bir əlaqəsi yoxdu. İndi qəzet bu məsələni məhkəmədə həll etməyə çalışır.
– Sizin yazılar redaktor tərəfindən redaktə edilmir?
– Redaktə mütləq olur. Amma burda bizim yazı ilə bağlı bir problem deyil. Hələki redaksiya da tam anlamır nə baş verdiyini? Çünkü sosial şəbəkəyə görə deportasiya edilmək absurddur. Qəzet bununla bağlı bir neçə gündür televziyalara müsahibələr verir. Yəni sakit durmur.
– Sənim iş rejimində dəyişiklik varmı?
– Rejimdə dəyişiklik yoxdu. Amma redaksiyada iki azərbaycanlı idik. Birinin bu şəkildə ölkədən çıxarılması mənə təsir edib. Özümü ələ almağa və yenidən işə adaptasiya olmağa çalışıram. Bir də çalışıram bu aralar sosial mediadan kənar olam. Redaksiyanın da hələki istəyi budur. İndi sadəcə Mahirin bu məsələdən qurtarmağını gözləyirəm. “Zaman Todays” qəzeti də bu problemin həlli üçün çalışır. Çünki onun deportasiyası redaksiyanln işinə də ciddi təsir göstərir.
– Amma belə görünür ki, qəzet işçilərinin arxasında dura bilmir.
– Bu məsələdə qəzetlə kimsə məsləhətləşməyib. Baş nazir qərar verib və həyata keçirilib. Bu redaksiya üçün də sürpriz oldu.