QOÇ –( Mart 21 – Aprel 20 )
İlk növbədə səhhətinizə qayğı göstərin. Çünki yalnız sağlam bədəndə sağlam ruh olur. Həmişə başqalarını müzakirə etməkdənsə öz ideya və məramlarınızı analiz edin. Səfərə çıxmayın.
BUĞA – (Aprel 21 – May 20)
Naharaqədərki vaxtı səbrlə başa vursanız, qalan saatlardan xoşagəlməzlik gözləməyin. Çünki ulduzlar bu gün şəxsi işlərinizdə böyük dönüş yaratmaq istəyir. Bunun üçün əzmkarlığınızı artırmalısınız.
ƏKİZLƏR –(May 21- İyun 21)
Ümumi kosmik mənzərə kifayət qədər səmərəlidir. Deməli, bütün vacib planlarınızı yavaş-yavaş həyata keçirməyə başlamalısınız. Amma axşam saatlarında maliyyə məsələləri ilə bağlı ehtiyatlı olun.
XƏRÇƏNG –(İyun 22 – İyul 22)
Saat 11:32-dən mənfi enerjili Ayın bürcünüzdə qərar tutması onsuz da bədbin olan ovqatınıza bir az da mənfi təsir göstərə bilər. Bu səbəbdən müqəddəs ziyarətgahlarımıza baş çəkməyiniz yaxşı olar.
ŞİR – (İyul 23 – Avqust 23)
İlahinin verdiyi hər məqama şükür edin, bədgüman olmayın. Çünki bu gün sizi narahat edən əksər sahələrdə – qarşılıqlı münasibətlərdə, maliyyə məsələlərində və fəaliyyətdə müsbət nəticələr əldə edəcəksiniz.
QIZ – (Avqust 24 – Sentyabr 23)
Ulduzlar gün boyu maraqlı insanlarla görüşəcəyinizi bəyan edir. Bu, işgüzar əməkdaşlıq da ola bilər, dostluq-yoldaşlıq da. Hətta ürəyiniz sevgisizdirsə, bəxtiniz açıla da bilər. Bu gün səfərə çıxmayın.
TƏRƏZİ –(Sentyabr 24 – Oktyabr 23)
Saat 14-17 arası iştirakçısı olduğunuz situasiyaların əksəriyyəti gərgin fonla müşayiət olunduğundan bütün ciddi işlərinizi təxirə salmağa çalışın. Qalan saatlar normal tərzdə cərəyan edəcək.
ƏQRƏB –(Oktyabr 24 – Noyabr 22)
İstənilən riskdən uzaq olun, təhlükəlidir. Buna baxmayaraq, ailə-sevgi münasibətlərində, eləcə də kollektivlə davranışda mülayimlik göstərsəniz, işləriniz qaydasına düşəcək. Hətta sürpriz də gözlənilir.
OXATAN – (Noyabr 23 – Dekabr 21)
Bir qədər gərgin ərəfə olsa da, proseslərə neytral yanaşmaqla təhlükələri dəf edə bilərsiniz. Saat 16-18 aralığında istənilən riskli sövdələşmələrdən, köhnə qisasçılıq prinsiplərindən əl çəkin.
OĞLAQ – (Dekabr 22 – Yanvar 20)
Kifayət qədər düşərli zaman kəsiyindən keçəcəksiniz. Bu prosesi daha ideal səviyyəyə yüksəltmək üçün ətrafınıza sadiq tərəfdaşlar toplamalısınız. Günün “ən varlı” Zodiak işarəsi də məhz siz olacaqsınız.
DOÇA– (Yanvar 21 – Fevral 19)
Xırda maliyyə problemlərinə görə narahat olmayın. Çünki günün elə ilk saatlarından bu istiqamətdə uğurlarınız bol olacaq. Əsas enerjinizi işgüzar sövdələşmələrə yönəldin ki, perspektivlərinizə yol açılsın.
BALIQLAR – (Fevral 20 – Mart 20)
Bəri başdan nəzərinizə çatdıraq ki, ixtiyarınıza olduqca məsuliyyətli bir gün düşüb. Belə ki, saat 16-ya qədər çoxlu sayda yeniliklərin şahidi olacaq, maraqlı təkliflər alacaqsınız. Sonra isə diqqətli olun.