Venesuela prezidenti Nikolas Maduro Rusiya prezidenti Vladimir Putinin dünya əhəmiyyətli Nobel sülh mükafatına layiq görülməsinin tərəfində olduğunu söyləyib.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, qeyd edib ki, Rusiyanın Suriya böhranının həlli üçün gücü yetib və Moskva buna nail olub.
“Əgər bu tarixi anda kimsə Suriya xalqını təhdid edən müharibənin qarşısını ala bilibsə, Nobel mükafatına layiq görülmək onun haqqıdır. Putin Suriyada gedən müharibənin qarşısını almağa yardımçı oldu”.