2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından bu ilin birinci yarısının sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 229 milyon ton (təxminən 1 milyard 715 milyon barel) xam neft dünya bazarlarına çıxarılıb.
Bu müddətdə həmin həcmdə neft Ceyhanda 2227 tankerə yüklənilib.
Bundan əlavə, birinci yarım il ərzində BTC vasitəsilə 17 milyon ton (127 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 166 tankerə yüklənərək bazarlara yola salınıb.
BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) limited (2,36%) şirkətləridir.
Martın 28-də ONGC Videş Limitid (OVL) şirkəti Hess (BTC) Limitid şirkətinin müvafiq payının alınması prosesini başa çatdırdığından səhmdarların siyahısında Hess (BTC) Limitid şirkəti ONGC (BTC) Limitid şirkəti ilə əvəzlənib.
BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.
Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur.
gun.az