Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Gəncədə vətəndaşların qəbulu zamanı jurnalistlərə açıqlamasında bildirib.
Fond sədri mövcud büdcənin buna imkan verdiyini deyib: “DSMF-nin büdcəsində müvafiq vəsait nəzərdə tutulub. Hazırda imkanlarımız artıq tam formalaşıb. İyun ayının 1-nə fondun profisiti təxminən 70 mln manata yaxın idi, iyun ayında da artım davam edəcək, bu isə o deməkdir ki, iyul-avqust ayları üçün artımın başlanması üçün bizim maliyyə vəsaitlərimiz tam formalaşmış olacaq. Düşünürəm ki, baza hissəsinin 15-20% artımı olacaq”.