“Əsgər ölümlərinə son” aksiyasının təşkilatçıların olan İlkin Rüstəmzadə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə gənc fəal özünün facebook səhifəsində bildirib: “Sabah səhər saat 10:00- da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırıldım”.
Gənc fəal istintaq idarəsinə şahid qismində çağırıldığını bildirib.