Müğənni Vasif Məhərrəmli Space telekanalının “Plus-Minus” verilişində nişanlandığı barədə şayiəni təsdiqləyib. Day.az-ın məlumatına görə, o, deyib ki, uzun müddət bunu gizləyib, çünki hamının onun şəxsi həyatını müzakirə etməsini istəməyib: “İndi deyə bilərəm ki, nişanlanmışam. Toy barədə ancaq onu deyə bilərəm ki, o, yaxın vaxtlarda baş tutacaq. Amma hələ dəqiq vaxtı bilinmir. Təyin eləyən kimi hamıya deyəcəm”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.