Dünyada iki Vircin adaları var. Onlardan biri ABŞ-a aiddir, onunla işimiz yoxdur, çünki offşor zona sayılmır. Bu adalar Kuba, ABŞ və Panama dövlətlərinə yaxın məsafədə yerləşir.
Ancaq ölkəmizdə adı dillər əzbəri olmuş digər Vircin adaları Böyük Britaniyaya məxsusdur. Bu adalar da adaşına yaxın coğrafi nahiyədə yerləşir. İkinci Vircin adaları həm də iqliminə, ab-havasına görə turistlər üçün, maliyyə-iqtisadi resurslarına görə isə iş adamları üçün bir cənnətdir. Ona görə də dünyanın var-dövlətli adamlarının əksəriyyətinin bu adalarda qeydiyyatdan keçmiş şirkərləri var. Onlar bu adada “yerləşmək”lə vergi ödəməkdən xilas olurlar.
Britaniya Virciniya adaları Karib dənizində Böyük Britaniyaya bağlı adalar birliyidir. Paytaxtı Roud Toundur.
Adanın varlığını fərq edən ilk avropalı 1493-cü ildə ikinci Amerika səfərinə çıxan Xristofer Kolumb olub.
Virciniya adalarının iqtisadiyyatı ümumiyyətlə turizmə əsaslanır. Ekvatoral bölgədə olması səbəbiylə ölkə il boyu turist çəkməkdədir. Bunun yanında kiçik diametrli tropik meyvə ixracatları da ölkəni iqtisadiyyatına qatqı təmin edən faktorlardandır.
İngiliz Vircin adaları, şimalında Atlantik, cənubunda Karib dənizi ilə əhatə olunan təxminən əlli adadan meydana gəlir. Adalardan ən böyüyü 20 km uzunu, 5 km eni olan Tortola adasıdır.
İngilis Vircin adaları Birləşmiş Krallıq tərəfindən təyin olunmuş qubernator tərəfindən idarə olunur. İngiltərə hökumətinin verdiyi qərar nəticəsində kraliçaya tövsiyə etmiş olduğu qubernator namizədi saray tərəfindən təsdiq edildikdən sonra vəzifəyə başlayır.
2003-ci ildə alınan məlumatlara görə ölkə əhalisi 21,700 ətrafındadır.