Göygöl rayonunun Yeni Qızılca Stansiyası kənd orta məktəbində intihara cəhd edən direktoru Fəxrəddin Abbasovla bağlı hadisənin təfərrüatları məlum olub. ANS PRESS-in məlumatına görə, 49 yaşlı məktəb direktorunun psixi xəstə olduğu aydınlaşıb. Verilən məlumata görə, ailə üzvləri, o cümlədən həyat yoldaşı direktorun psixi pozğunluqları olduğunu təsdiq edib.
Onlar bir müddət bu barədə bildirməyərək özləri onu həkimə aparıb müalicə etməyə cəhd göstəriblər. Verilən məlumata görə, əvvəl sağlam, nizam-intizamlı adam olan direktorda bu problemlərin sonradan yarandığı bildirilir.
Polis İdarəsindən verilən məlumata görə, Təhsil Şobəsi də bununla bağlı məlumat alıb və ona işdən çıxmasını məsləhət görüb. İşdən çıxarılması xəbərini eşidən F. Abbasov isə evdən çıxaraq işə gəlib və orada damarlarını kəsərək intihara cəhd edib.