Şou-biznesdə daha bir barışıq reallaşdı. ANS PRESS-in məlumatına görə, uzun zamandır küsülü olan şou-biznesin ekstravaqant nümayəndələri Elza Seyidcahanla Samiraldo (Samir Əliyev) barışıb.
Barışıq təsadüfən baş tutub. Tədbirlərin birində rastlaşan küsülülər bir-biri ilə öpüşüb-görüşüblər. Hətta Elza Seyidcahan kameralara üzünü tutaraq “Baxın və bilin ki, biz barışdıq. Mən Samiri çox sevirəm, bilirəm ki, o da məni çox istəyir”.
Xatırladaq ki, hər açıqlaması qalmaqala səbəb olan səbəb olan stilist Samiraldo bəstəkar-müğənni Elza Seyidcahanla bir neçə dəfə mətbuat vasitəsilə sözləşmişdi. Sonuncu dəfə isə Elza Seyidcahanın gözlərini eşşəyin gözlərinə bənzədərək, onu “uzunqulaq dəbi”nin sahibi adlandırmışdı. Elza Seyidcahan isə cavabında Samirin özünü eşşəyə bənzətmişdi.