Elyanə Əhmədova yenə səfərə hazırlaşır. Milli.Az xəbər verir ki, 4 ay Türkiyənin TMB telekanalında aparıcı kimi fəaliyyət göstərmiş estrada müğənnisi Elyanə Əhmədova yenidən Türkiyəyə qayıdacaq.
Bu barədə müğənninin özü oxucularımızı məlumatlandırdı: “Bu təklifi efirə çıxdığım iki-üç həftədən sonra almışdım. Sadəcə, işlərimin çoxluğundan reklama çəkilməyi ikinci plana keçirmişdim.
İndi Bakıda olsam da, aprel ayında yenidən İstanbula gedirəm. Və inşallah, tanınmış brendlərdən birinin siması kimi kameralar qarşısına keçəcəyəm”.
Söhbətimiz zamanı dəqiqləşdirdik ki, Türkiyə şou-biznesinə qatılmağı qarşısına məqsəd qoymuş Əhmədova həmin zaman yeni mahnılarından ibarət musiqi albomunu ərsəyə gətirməkdən ötrü yolunu səs-yazma studiyalarından da salacaq.