Azərbaycanlı prodüser Sultan Mustafayev Hollandiyada xəstəxanaya yerləşdirilib. ANS PRESS-in məlumatına görə, Avropa prodüseri kimi tanıdığımız təşkilatçı son günlər keçirdiyi əsəb nəticəsində səhhətində səhhətində ciddi problem yaranıb. Prodüserin vəziyyətinin kəskinləşdiyini görənlər onu təcili şəkildə Utreç şəhərindəki xəstəxanaya yerləşdiriblər.
Həkimlərin müayinəsi nəticəsində S.Mustafayevin sol gözünün damarlarının tutulduğu aşkarlanıb. Xəstəxanada bir sutka müayinə və müalicə aldıqdan sonra xəstə evə buraxılıb.Hal hazırda ev şəraitində ciddi müalicəsini davam etdirir.