Bu gecə Abşeron rayonunda dəhşətli cinayət törədilib. Abşeron şəhər prokokurorunun köməkçisi Orxan Qazızadənin ANS PRESS-ə verdiyi məlumata görə, Hökməli qəsəbə sakini 1985-ci il təvəllüdlü İlham Famil oğlu Kərimov bacısı 1998-ci il təvəllüdlü Aygün Kərimovanı qətlə yetirib. Hadisə qısqanclıq üzündən baş verib.
Qardaş bacısını yad oğlanla münasibətdə olduğunu bilib. Buna gör də qızı əllərilə boğub. Qardaş polis tərəfindən tutulub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.