Şirniyyat və Şəkərli məmulatları Tanıtım Qrupu türk şokolad və şəkər sektorunun Şimali Afrika və Yaxın Şərqdə tanıdılması üçün Polad Alemdarla razılaşdı. “Kurtlar Vadisi” serialının ulduzu Necati Şaşmaz təqdimata önümüzdəki aydan etibarən başlayacaq. Apreldə Liviyada keçiriləcək sərgiyə qatılacaq olan şokolad və şəkər qrupu Polad Alemdar rolu ilə bölgədə çox sevilən Şaşmaz sayəsində ixracatlarını 2 milyard dolların üzərinə çıxartmağı hədəfləyirlər. İstanbul Yağlı Toxumlar və onlardan hazırlanan məmulatların İxracatçılar Birliyi ilə Şirniyyat və Şəkərli məmulatları Tanıtım Qrupu Başçısı Zəkəriyyə Mete, “Necati Şaşmaz ‘Şirin yeyək, şirin danışaq'”, – deyəcək.
Mete Şaşmazın Liviyadakı təhlükəsizlik səbəbiylə sərgidə deyil, xüsusi bir dəvətə qatılacağını da izah etdi. Mete, “Liviyalı səlahiyyətlilər izdiham olar deyə, Şaşmazın sərgi sahəsinə gəlməməsini xahiş etdilər. Biz də xüsusi bir yığıncaq təşkil edəcəyik”, – dedi.