Martın13-də axşam saatlarında “8-ci kilometr” bazarında Yeni Müsavat qəzetinin əməkdaşı Leyla İlqara (Mustafayeva) məxsus pulqabı oğurlanıb.Jurnalistin bildirdiyinə görə, qarət əməli bazarda yerləşən mağazaların birində alver edəndən sonra baş verib. O, mağazada al-ver edib və pulqabını çantasına qoyub. Mağazadan çıxandan sonra yaxınlıqdakı piştaxtadan geyim almaq istəyərkən pulqabının çantada olmadığını görüb. Cibgir əməkdaşımızın 82 manat pulunu, şəxsiyyət vəsiqəsini və “Yeni Müsavat” qəzetinin xidməti vəsiqəsini oğurlayıb. L. Mustafayevanın verdiyi məlumata görə, o, oğurluq hadisəsi ilə bağlı Nizami rayonu 24-cü polis bölməsinə şikayət ərizəsi verib. Onu da qeyd edib ki, “Vosmoy bazarı” kimi tanınan ticarət mərkəzində oğurluq hallarının tez-tez baş verməsi barədə ona vətəndaşlar məlumat verib: “Elə bölmədə polislərin danışığından da belə məlum oldu ki, bazarda tez-tez oğurluqlar olur. Ümid edirəm ki, 24-cü polis bölməsinin əməkdaşları cibgiri tezliklə həbs edəcəklər və ərazidəki oğurluq hallarının qarşısını alacaqlar”.