İki müxalifət liderinin Bakıdakı məkanların birində 1 saat davam edən görüşü olub, müzakirə olunan məsələlər açıqlanmır
Müsavat Partiyası başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli arasında bu günlərdə əlahiddə görüş olub. Bu barədə saytımıza liderlərə yaxın şəxslər məlumat veriblər. Həmin məlumatda bildirilir ki, ötən günlər Bakıda yerləşən restoranlardan birində Əli Kərimli və İsa Qəmbər təkbətək söhbət ediblər. Mənbə bildirir ki, ikili bir saata yaxın söhbət ediblər. Ancaq görüşdə hansı məsələlərin müzakirə olunduğu, liderlərin hansı qərarları qəbul etdikləri haqda nə İ.Qəmbər, nə də Ə.Kərimli məlumat verməyiblər.