UEFA ÇempionlarLiqasının 1/8 finalmərhələsinincavaboyunları çərçivəsində Türkiyənin “Qalatasaray” klubusəfərdə Almaniyanın “Şalke” komandası ilə qarşılaşıb. Bu komandalar arasında Türkiyədə keçirilən oyun 1:1 hesablı heç-heçə ilə bitmişdi.
“Qalatasaray” səfərdə inamlı oyun göstərib və 3:2 hesabı ilə qalib gəlib. Bu hesab “sarı-qırmızılı” klubu Avropanın ən nüfuzlu klub çempionatının ¼ final mərhələsinə çıxarıb. “Qalatasaray”ın növbəti rəqibi püşkatma nəticəsində məlum olacaq.