Türkiyəli müğənni Hülya Avşarın 16 yaşlı qızı Zəhra dünən rəfiqəsi ilə məkanların birində olub.
Axşam.az-ın “Hürriyət”ə istinadən verdiyi məlumata görə, yemək sifarişi verən Zəhra bu vaxt yenicə ayrıldığı sevgilisini başqa bir qızla görüb.
Bundan bərk əsəbiləşən Zəhra cütlüyün əyləşdiyi masaya yaxınlaşaraq dəmliyi götürüb və içindəki çayı qızın üstünə töküb. Qaynar çaydan yayınmağa cəhd edən qızın başının sərt bir əşyaya dəydiyi bildirilir. Onun sinəsində də kiçik yanıq izlərinin olduğu iddia edilib.
Buna baxmayaraq, polis tərəfindən ifadəsi alınan qız Zəhradan şikayətçi olaxsamayıb.
axsam.az