Türkiyənin “Möhtəşəm Yüzil” serialında “Hürrəm” obrazını yaradan Məryəm Üzərliyə reklam filmi üçün böyük təklif gəlib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tanıtım şirkətlərindən birinin aktrisaya reklamında “Hürrəm” obrazıyla oynamağı üçün 1.5 milyon türk lirəsi (təxminən 655000 manat) ödəyəcəyi bildirilir.
Sitrus meyvələrini ixrac etməyi nəzərdə tutan şirkət, reklam kampaniyasını əsasən “Möhtəşəm Yüzil”in daha çox izlənildiyi ərəb ölkələrində yayımlamağı planlaşdırıb.
Hürrəm və Sultan Süleymanın eşqini təsvir edən reklam filmi 2014-cü ilin mart ayından Orta Asiya və Avropa ölkələrində yayımlanacaq, minlərlə afişaları metrolarda, küçələrdə asılacaq.(axsam.az)