GƏNCLƏR TƏŞKİLATLARINDA HƏBSLƏR BAŞLADI
Ölkənin müxalifət partiyalarının gənclər təşkilatlarının üzvləri 10 mart aksiyası qabağı həbs olunmağa başlayıb. Bu barədə “musavat.com”a VHP Gənclər Təşkilatından Samir Əsədli bildirib.
O qısaca deyib ki, yeddi gənc fəal Novxanı qəsəbəsində keçirilən ATƏT-in tədbirində həbs olunublar. Bundan sonra əlaqə kəsilib və sonradan S.Əsədlinin telefonuna zəng çatmayıb. Əldə etdiyimiz məlumata görə isə, tədbirin keçirildiyi yerə basqın edən polislər təşkilatın Polşa təmsilçisini döyüb. Müsavat Gənclər Təşkilatından Yeganə Hacıyeva, AXCP-dən Əbülfəz Qurbanlı və VHP-dən Samir Əsədli də daxil olmaqla, yeddi gənc həbs olunub. Onların Binəqədi Rayon Polis İdarəsinə aparıldığı bildirilir. Musavat.com