Müsavatda üçtərəfli görüş
Bu gün saat 14.30 radələrində Müsavat Partiyasının qərargahında Müsavat başqanı İsa Qəmbərin, AXCP sədri Əli Kərimlinin və “EL” hərəkatının təmsilçisi Eldar Namazovun iştirakı ilə üçtərəfli qapalı toplantı keçirilir.
Bu barədə minval.az saytına məlumat verən mənbə bildirib ki, görüşdə seçki ilində ölkədəki siyasi situasiya və ölkənin demokratik qüvvələrinin konsolidasiyası problemləri müzakirə olunur.
Əlavə məlumat veriləcək.