Ötən gecə əyləncə məkanlarından birinə qatılan türkiyəli aktrisa Beren Saat izdiham yaşadıb.
Axşam.az-ın məlumatına görə, cazibədar Beren “Kanal D”nin təşkil etdiyi dəvətdə pərəstişkarlarının hücumuna məruz qalıb.
Aktrisayla şəkil çəkdirmək və tanış olmaq istəyən sevənləri ona gecə boyunca əylənməyə imkan verməyib. Yerini dəyişib təşkilatçıların yanına keçən Beren insanların ona sevgisi ucbatından tədbirin sonuna qədər oturduğu yerdən tərpənə bilməyib.