“APA-Economics”in xəbərinə görə, bu məsələ Gürcüstanın energetika naziri Kaxa Kaladzenin bu həftə Azərbaycana baş tutan səfəri zamanı müzakirə olunaraq razılaşdırılıb.
K.Kaladze gürcü jurnalistlərə səfərin yekunlarını şərh edərkən bildirib ki, “Azərenerji” ilə gələn ilin I rübü üçün hər ay 200 MVt elektrik enerjisinin nəqlinə dair razılıq əldə olunub: “Bununla da qış mövsümündə Gürcüstan enerji qıtlığı ilə üzləşməyəcək”.
K.Kaladze qeyd edib ki, Bakıya səfəri zamanı Gürcüstanın yay mövsümündə də Azərbaycandan elektrik enerjisi idxal etməsi məsələsi müzakirə olunub.
apa.az