Nyu-Yorklu fotoqraf Salli Devis maraqlı eksperiment aparıb. O, “Makdonalds”dan “fri” kartofu və hamburger alıb, sonra isə hər gün onların şəklini çəkib. Beləcə, 979 gün keçib, Salli özü qocalıb, hamburgerlə kartof isə zərrə qədər də dəyişməyiblər – nə çürüyüb, nə də kifləniblər.
Bu eksperimentdən sonra Salli sual verib ki, “görəsən, bu qidalar nədən düzəldilib, bizə nə yedirdirlər”?..
“Makdonalds” cavab olaraq bildirib ki, onun yeməkləri normaldır, sadəcə, fotoqrafın mənzilində hava çox quru olub.
Müstəqil ekspertlər isə düşünürlər ki, məsələ bu qidaların genetikası dəyişdirilmiş məhsullardan hazırlanmasında ola bilər.
Sağlam qida üzrə məsləhətçi Karen Harahan bildirib ki, “Makdonalds”ın yeməkləri çürümədən və kiflənmədən… 12 il qala bilir! O, bunu qidada konservantların və duzun çox olması ilə izah edir.
azvision.az