Cari ilin 11 ayında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4609,3 milyon manat (keçən il 4382,7 milyon manat) olmuşdur.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, ötən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatının ümumi məhsulu 5,7 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 5,8 faiz, heyvandarlıq məhsulları üzrə 5,5 faiz artmışdır.
azertag.com