21 dekabr kabusu arxada qalsa da, səs-küyü hələ uzun müddət yaddaşlardan silinənə oxşamır. İngiltərədə 21 dekabrdan öncə aparılan bir sorğunun nəticələri açıqlanıb.
Sorğuda iştirak edənlərdən həyatlarının son günündə kiminlə olmaq istədikləri soruşulub. Qadınlar ən çox Corc Kluni ilə, kişilər isə aktrisa Cennifer Enistonla birlikdə olmağı arzuladıqlarını bildiriblər.
Sorğunun nəticələrinə görə, qadınların həyatlarının son günündə yanlarında görməyi arzu etdikləri digər məşhurlar Daniel Kreyq, Bred Pitt, Ryan Qosling və Robert Pattinson olub.
show.az
Kişilər isə dünya dağılarsa, ölmədən öncə Skarlett Yohansson, Penelope Kruz, Cessika Alba, Kristina Hendriks ilə birlikdə olmağı arzulayıblar.