Bakıda mənzildə baş verən yanğın zamanı həlak olan Qərbi Kaspi Universitetinin Şri-Lankdan olan tələbələrinin vətənlərində dəfn mərasimi keçirilib.

Yerli “Newsfirst” agentliyi məlumat verir ki, hüzn mərasiminə ölkənin Təhsil naziri Bandula Qunavardena də qatılıb.

Meyitlərin ölkələrinə çatdırılması Şri-Lankanın Tehran və Dohadakı diplomatik nümayəndələrinin vasitəçiliyi ilə həyata keçirilib.

Загрузка...