Türkiyənin Malatya şəhərinin Pütürge rayonunda qohumlar arasında qan davası ölümlə nəticələnib.
BAKU.WS xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Təhlükəsizlik kamerası tərəfindən lentə alınan görüntülərdə 78 yaşlı Ömər Erdoğan qohumu Yəhya E. tərəfindən qətlə yetirilib.
Hadisə zamanı öldürülən şəxs qohumuna tapança ilə atəş açmaq istəsə də, sonuncu daha çevik davranaraq ona atəş açıb. Daha sonra xəstəxanaya yerləşdirilən 78 yaşlı Ömər Ərdoğan həyatını itirib.