Şimali Koreya lideri Kim Çen In ağ atı ilə “Kim sülaləsinin ana yurdu” adı verilən Paektu dağının qarlı zirvəsinə qalxıb.
BAKU.WS xəbər verir ki, Şimali Koreya mediası Kim Çen Inın dağa çıxmasını “Dünyanı heyrətləndirəcək və Koreya inqilabını irəli aparacaq böyük bir əməliyyatın elanı” başlığı ilə yayımlayıb.
“Reuters” agentliyi Şimali Koreya liderinin bundan əvvəl də dağa qalxdığını və vacib qərarlar qəbul etdiyini yazıb.
Ekspertlər hesab edir ki, Kim Çen Inın dağa çıxması Şimali Koreyanın beynəlxalq sanksiyalar səbəbindən təzyiq altında olan nüvə silahı və ballistik raket proqramının çətin vəziyyətdə olmasını simvolizə edir.