Fatimə xəbərdarlıq etdi: “Heç kim ailəmə dil uzatmasın, yoxsa…”

“Hər ana istəyir ki, övladının xoş gününü görsün. Mənim də ən böyük arzum odur ki, qızım seçimindən peşman olmasın və ömrünün sonuna kimi xoşbəxt olsun. Qızımın toyu barədə çox danışmaq istəmirəm. Bir dəfə verilişlərin birində danışdım, insanlar qıcıqlandı. Bilmirəm niyə övladlarımın xoş günü onları qıcıqlandırır?”

Bu sözləri musavat.com saytına açıqlamasında rəqqasə Fatimə Fətəliyeva deyib.

O, son günlər ailə həyatının tez-tez gündəmə gətirilməsinə əsəbləşdiyini də deyib: “Ailəmlə bağlı tez-tez xəbərlər eşidirəm. Mən çox xoşbəxtəm. Həm ana, həm bir qadın kimi çox xoşbəxtəm. Mən xoşbəxt ola bilmərəm? Mən hər kəsin uşağına öz balam kimi baxıram. Allah bütün balaları qorusun. Amma mənim ailəm, övladlarım başqalarının gözünə batır. Heç kim ailəmə dil uzatmasın, yoxsa qarşılarında məni görəcəklər. Heç kimə imkan vermərəm ki, xoşbəxtliyimi pozsun. Hərə öz işi ilə məşğul olsa, daha yaxşı olar”.

Qeyd edək ki, Fatimə qızını nişanladıqdan sonra hind rəqsi oynamayacağını və daha ciddi rəqslər nümayiş etdirəcəyini açıqlayıb.

Загрузка...