Əfran İsmayılov əməliyyat olundu - FOTO

“Sumqayıt” Futbol Klubunun yarımmüdafiəçisi Əfran İsmayılov əməliyyat olunub.

Oxu.Az xəbər verir ki, o, ötən tur “Sabah”la qarşılaşmada aldığı zədədən sonra Türkiyənin paytaxtı Ankaradakı “Acıbadem” klinikasında Türkiyənin məşhur həkimi Mehmet Binnet tərəfindən əməliyyat edilib.

Menisk nahiyəsindən baş tutan əməliyyat uğurla keçib. İlkin məlumata əsasən, Əfran İsmayılov üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, millimizə də çağırılan Əfran İsmayılov daha çox “Qarabağ”dakı çıxışları ilə məşhurlaşıb. O, ötən mövsüm çempion Ağdam klubundan ayrılıb. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi cari mövsümdən hazırda autsayder olan Sumqayıt klubunun heyətində çıxış edir.

Загрузка...