Babam yaşındakı kişinin qucağında... - Terrorçudan tükürpədən etiraf

Türkiyə Silahlı Qüvvələrinin Cudi dağında həyata keçirdiyi əməliyyat zamanı üçü qadın olmaqla tərksilah edilən 5 terrorçunun qaldığı mağarada fars və kürdcə gündəliklər tapılıb.

Teleqraf.com xəbər verir ki, mağarada ölü ələ keçirilən İranın Maku şəhərində doğulmuş Əyləm Rasiki adlı qadın terrorçuya məxsus gündəlikdə onun qarşılaşdığı, şahid olduğu, rəfiqələrindən eçitdiyi hadisələri qələmə alıb:

“Hərbçilərin qorxusundan siçan kimi idik. Neçə müddətdir günəşi görmədiyimi xatırlaya bilmirəm. Bu sətirləri qələmə alanda çöldə gecə, yaxud gündüz olduğundan da xəbərsizəm. Çünki yerdən 6 metr dərinlikdəyik, 3 plastik su borusundan düzəldilmiş havalandırma deşiyindən nəfəs alırıq.

Generatorun yanacağı qurtardığına görə xeyli zamandır qaranlıqdayıq. Nəfəs alanda belə Türkiyə əsgəri bizi eşidəcək deyə qorxuruq”.

O, rəfiqəsinin başına gələn tükürpədici hadisədən də yazıb: “Berfin adlı rəfiqəmin bu gün dediyinə görə, 17 yaşında kəndlərindən qaçıb dağa çıxandan 2 həftə sonra bir gün səhər babası yaşında Fuad başqanın (Əli Heydər Qaytan) qucağında çılpaq oyanıb. Təşkilatın rəhbərliyindəki Fuad başqanı mən də yaxından tanıdım. Düşərgədəki türkiyəli dostlar ona “Təcavüzçü Coşqun” ləqəbi qoymuşdu”.

Загрузка...