İki tərəf xahiş etsə, Vatikan Venesueladakı siyasi münaqişədə vasitəçi qismində çıxış edə bilər.
“Reuters”in məlumatına görə, bunu Roma Papası Fransisk bəyan edib.
O bildirib ki, Venesuela prezidenti Nikolas Madurodan məktub alsa da, hələ oxumayıb.
“Məktubu oxuyandan sonra hansı addım atmaq barədə düşünəcəyəm. Lakin bu barədə hər iki tərəf xahiş etməlidir”, – deyə Roma Papası vurğulayıb.
Fransisk qeyd edib ki, vasitəçilik Venesuelada hakimiyyətlə müxalifət arasındakı dialoqa xidmət edə bilər.