Загрузка...

Peruda yol qəzası nəticəsində futbol üzrə uşaq komandasının yeddi üzvü ölüb.

Oxu.Az xəbər verir ki, hadisə ölkənin şimalında baş verib.

Uşaqların olduğu avtobusun sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi dərəyə aşıb.

Yeddi uşaq hadisə yerində ölüb, 11 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan doqquz nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.