Загрузка...

Məşhur britaniyalı aktyor Rouen Atkinsonun bənzərinin videoları sosial şəbəkələri silkələyib.

Publika.az xəbər verir ki, britaniyalı aktyorun Pakistanlı bənzəri “Mister Bin” obrazını birəbir parodiya edir. O həm oxşar paltar geyinib, həm də Mister Binin saç düzümünü təqlid edib. Hətta üzünün xalı belə eynidir.

Sözügedən görüntülər “Reddit” sosial şəbəkəsində “Charomega” adlı istifadəçi tərəfindən paylaşılıb.

Video sutka ərzində 20 mindən çox izləmə toplayıb.