Rusiyalı dizayner Vyaçeslav Aleksandr yeni supersport Lada Questonun 3D görüntülərini yayımlayıb.
Axar.az xəbər verir ki, yeni modelin hazırlanmasında “Lada Xray” və “Lada Vesta” seriyaları əsas götürülüb.
Yeni dizaynı görən insanlar “Lada” modelləri ilə “Buqati”nin bir-birinə uyğunlaşdırıldığı qənaətinə gəliblər.
Müəllif Aleksandr Sputnik-ə açıqlamasında 3D qrafinin geniş yayıldığı 2002-ci ildən bəri avtomobil dizaynlarının yığılması ilə məşğul olduğunu bildirib:
“Avtomobil dizaynı mənim hobbimdir. Hətta bir neçə sifariş də almışam. Həqiqi sənətim isə nə 2D, nə də 3D ilə bağlıdır, tamamən fərqli sahədə çalışıram”.