“Ən yuxarı çatanda qollar artıq keyləşir, dırmanmaq daha çətin olur…”
Tanınmış ictimai fəal, bloqqer Bəxtiyar Hacıyev hazırda Pekində səyahətdədir. Bir neçə gündür ki, Çində səfərdə olan B.Hacıyevin bu səfərini diqqətçəkən edən məqam isə onun ekstrim dolu aksiyalarıdır.
Musavat.com xəbər verir ki, B.Hacıyev bu aksiyalarını videoya çəkərək, sosial şəbəkədəki səhifəsində paylaşıb.
B.Hacıyev dünyanın hündür urban dırmanmasını həyata keçirib. 338 metr hündürlüyü olan Makau Qülləsinə 2 saat dırmanan B.Hacıyev bu ekstrim barədə aşağıdakı təəssüratlarını yazıb: “338 metr pilləkənlərdən tutaraq, 2 saat dırmanma. Ən yuxarı çatanda qollar artıq keyləşir, qüllənin uc nöqtəsi kiçilir, soyuq və küləyə görə dırmanmaq daha çətin olur. Ancaq hər bir halda, belə yüksəkliyə dırmanıb, Makauya yuxarıdan baxmaq, orada dincəlmək ayrı bir hissdir. Nəzərə alın ki, heç bir enerji içkisi içməmişdim (heç nahar da etməmişdim) və heç bir sığorta şirkəti ilə sığorta etməmişdim. Sadəcə, “ölmədən öncə etmək istədiyim 100 şey” siyahısında bunu növbədənkənar etdim”.
Musavat.com B.Hacıyevin urban dırmanmasının videosunu təqdim edir.
Musavat.com