İstanbulda metrobusun Haramidərə stansiyasında baş vermiş qəzada 22 nəfər xəsarət alıb. Onların bir qismi stansiyada dayanan insanlar olub.
Axar.az xəbər verir ki, qəza Bəylik düzü – Cevizlibağ xətti ilə hərəkət edən metrobusun Haramidərə stansiyasında dayanmış digər metrobusa çırpılması nəticəsində baş verib. Yaralılar xəstəxanalara çatdırılıb, onlardan dördünün vəziyyəti ağırdır.