Növbəti yüz il ərzində Günəşdə bütün dünyanın enerji sisteminin işinə təsir etmək gücündə olan “super partlayış” baş verəcək.

Medianews.az-ın trend-ə istinadən məlumatına görə, bu qənaətə Harvard universitetinin bir qrup alimi gəlib.

Qeyd olunur ki, bu partlayış peyklərin sıradan çıxmasına və internetin dayanmasına gətirib çıxara bilər.

Günəşdəki partlayış nəticəsində Yerdə baş verəcək texnogen qəzaların insan ölümlərinə də səbəb ola biləcəyi ehtimal edilir.

Qeyd edək ki, bu il Günəşdə X gücündə yüksək dərəcəli rentgen partlayışı yanvarın 8-də baş verib. Daha sonra güclü partlayışlar silsiləsi Günəşdə sentyabrın 4-dən baş verib və bir neçə gün davam edib.

Günəşdə partlayışdan sonra yaranan maqnit qasırğalarının meteohəssas insanlara da pis təsir etməsi məlumdur.