İspaniyanın iqtidarda olan Xalq partiyasının sözçüsü Pablo Kasado mətbuat konfransı zamanı Kataloniya muxtariyyətinin lideri Puqdemontu ölümlə təhdid edib.
Axar.az xəbər verir ki, Kasado Kataloniyanın heç zaman müstəqil olmayacağını bildirib.
“Kataloniya liderinin sonu eynən sələfi kimi ola bilər. Franko dönəmində baş verənlər kimi”, – deyə sözçü bildirib.
Qeyd edək ki, İspaniyada diktator Frankonun dövründə Kataloniyanın müstəqilliyi üçün mübarizə aparan Luis Companis i Jover edam edilmişdi.