Bu qidadan imtina etdi, həyatı dəyişdi – FOTOLAR

22 yaşlı Rachel Crowley yeniyetməlik dövründən bəri üzündəki sivilcələr ilə mübarizə aparır.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, üzündəki sivilcələrə görə özünü sosial həyatdan məhrum edən gənc qız bu “dərd”dən xilas olmağın yolunu tapıb.

Uzun müddət mübarizə aparan və pəhriz saxlayan Crowley menyusundan şəkəri çıxarıb. O, zaman keçdikcə sivilcələrinin solğunlaşdığının və azaldığının şahidi olub. Bu haqda sosial şəbəkədə yazan gənc qız artıq gözəllik müsabiqəsinə qatılıb və birincilik üçün mübarizə aparır.