Xəbər verdiyimiz kimi, Ermənistanın Araqatsotn vilayətində naməlum şəxs əsasən yezidi kürdlərinin yaşadığı Şamiram kəndinin qəbiristanlığında yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş zala daxil olaraq mərasim iştirakçılarını gülləbaran edib.
Virtualaz.org yayılan son məlumatlara istinadən bildirir ki, insident nəticədə 4 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölənlərin hamısı kişilərdir.
Yaralıların müalicə olunduğu xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Yaralılardan 3-nün vəziyyəti ağırdır.
Polis hadisə ilə bağlı Armavir vilayətinin 50 yaşlı sakini Telman Kalaşyanı axtarır.