Türkiyədə gənc qıza narkotik verən şəxs saxlanılıb.
Musavat.com-un məlumatına görə, bu barədə milliyet.com saytı xəbər verib. Məlumata əsasən, səhər saatlarında İstanbulun Taksim səmtində bayqın yatan 24 yaşlı qız kameralara düşüb. Gənc qızın bu vəziyyətdə olması polisi hərəkətə keçirib. Şahidlər polisə alnında “enayi” döyməsi olan birinin qıza narkotik verdiyini bildiriblər.
Bundan sonra, polis “enayı” döyməli şübhəlinin izinə düşüb. Adem E. ad-soyadlı şübhəli polislər tərəfindən tutularaq polis idarəsnə aparılıb.