“Qızım dedi ki, bu nə həyatdır, heç vaxtı yazıçıya ərə getməyəcəm” - Şair Seyranın həyat yoldaşı - VİDEO

ARB TV-nin “Gəlin danışaq” verilişinin qonağı şair, nasir Seyran Səxavət olub.

“Sürpriz 40 il qabaq mənim üçün olub, təxminən eyni səviyyədə sürpriz oldu”.

Şairin həyat yoldaşı Almaz Xanlarovanın qəfildən efirə gəlməsi onu olduqca təəccübləndirib.

Məhz ilk olaraq da Seyran Səxavətin həyat yoldaşı onların tanışlıq illərindən danışıb:

“Mən həm də dilçiyəm. Psixa linqivistka üzrə elmlər doktoruyam. Bu da sözlə bağlıdı. Sözün düzü mən gələndə biraz həyəcanlandım ki, Seyran müəllimdən icazəsiz gəlmişəm. Seyran müəllimə mən rast gələndən bir müddət sonra dedi ki, mən şairəm. Mən onda instutun axırıncı kursunda idim. Amma təbii ki, şeirləri sevirdim, şairləri də xoşlayırdım. Onda heç ağlıma da gəlməzdi ki, Seyran müəllim həyat yoldaşım olacaq. Sonra tale elə gətirdi ki, şükür də elə oldu, bizim ailəmiz oldu”.

Daha sonra Almaz Xanlarova şairlə birgə keçdiyi çətin günlərdən söz açıb:

“Biz elə qəribə sınaqlardan çıxmışıq ki. Mən sizə bir şey deyəcəm. Heç vaxt efirdə deməyib. Yəqin ki, icazə verər. Rayondan gəlmiş insan idi, kirayə yaşayırdı. Biz evlənəndə pulumuz o qədər də çox deyildi deyə 1 otaqlı balaca ev tutmuşduq. Mən otağın ortasından gücüm çatan parçadan pərdə asmışdım, üstünə də kağızla yazmışdım ki, Seyran müəllimin iş otağıdır, daxil olmaq olmaz. Uşaqlar doğulandan sonra, ağılları kəsəndən sonra deyirdim ki, atanın kabinetidir, o tərəfə keçmək olmaz, kağız atanındır toxunmaq olmaz. O qədər uşaqlar bunu eşitmişdi ki, qızımın 10 yaşı olardı, bir dəfə qayıtdı ki, mən heç vaxtı yazıçıya ərə getməyəcəm. Bu nə həyatdır, televizorun səsini vermək olmaz, radiyonun səsini vermək olmaz, bərkdən yerimək olmaz, qələminə əl vurmaq olmaz. Dedim ki, eybi yox Ləməşka, böyüyərsən və bilərsən ki, bunların hamısı niyə belədir”.

Yazıçının həyat yoldaşı bildirdi ki, bü günə kimi bəyənmədiyi bir yazısı da olmayıb. Yalnız bir ifadəsindən başqa:

“Mən ona rast gələndə o şeirə nöqtə qoydu və keçdi prozaya. Təzə evlənəndə ilk kirayə qaldığımız evdə, 15 günün içində dalbadal 5 ya 3 möhtəşəm hekayə yazdı. Yazılarının içində bəyənmədiyim yazı yoxdur. Bir dənə şeiri var, mənə qədər yazılıb. Oxuyandan sonra biraz pis oldum. Orada bir misra var deyirsən ki, “Dəli şeytan deyir ki, dəli şeytanı ol bəşəriyyətin”. Dedim ki, Seyran mən heç vaxt istəməzdim ki, sən o ifadəni işlədəsən. Durdu, durdu dedi ki, bu yaşımda deyirəm ki, düz deyirsən”.