Canlı yayımda stolun altından it çıxdı - Video

Rusiyanın “Mir 24” telekanalında canlı efir zamanı gözlənilməz hadisə yaşanıb.

Axşam.az-ın rus mətbuatına istinadən məlumatına görə, aparıcı xəbərləri oxuduğu zaman stolun altında it hürməyə başlayıb.

Özünü itirən aparıcı vəziyyətdən çıxmaq üçün hadisəni zarafata çevirərək deyib:

“Burada it var, mən onunla nə edəcəyimi bilmirəm. Axı mən pişikləri sevirəm”.

O, iti sığallayaraq proqrama davam edib.

Загрузка...